Ermənistanın Tovuza atdığı partlayıcı sursatlar zərərsizləşdirilir

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tovuz rayonun Dondar Quşçu, Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərində təmizləmə işləri aparır. Yerli əhali ilə gündəlik olaraq əlaqə saxlanılır”. Bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə daxil olan müraciətlər qeydə alınır və dərhal ərazilər yoxlanılır:
“Tovuzun Dondar Quşçu kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış iki ədəd partlamamış 122mm-lik top mərmisi aşkarlanıb.122mm-lik top mərmisinin içində 4 kq 100 qrama qədər partlayıcı maddə olub. Hərbi sursat ANAMA-nın mütəxəsisləri tərəfindən zərərsizləşdirilib. Hərbi sursatlardan biri yaşayış məntəqəsinə düşmüşdü. Həmin sursat agentliyin mütəxəsisləri tərəfindən zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb və məhv edilib. Eyni zamanda, Tovuz rayonun Yuxarı Öysüzlü kəndində isə 100mm top mərmisi aşkarlanıb. Həmin mərmilərin partladıcısı üzərində olmasına baxmayaraq işə düşməyib”.
Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olub, yaralananlar var. Ermənistanın təxribatı nəticəsində mülki əhaliyə xeyli sayda ziyan dəyib. Hazırda mülki əhaliyə dəyən ziyanın məbləği müəyyənləşdirilir. (“Report”)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












