Ermənistanla sərhəddəki vəziyyət Moskvada müzakirə olundu

Bu gün Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev şəhərin Milli Siyasət və Dinlərarası Əlaqələr Departamentinin rəhbəri Vitaliy Surkovla görüşüb.
Tərəflər Azərbaycanla Ermənistan sərhədindəki mövcud vəziyyəti müzakirə ediblər.
“Ermənistan tərəfinin sərhəddə 12 iyul tarixindən başlatmış silahlı toqquşmalarla bağlı müzakirələr apardıq. Avropanın bir çox ölkələrində, Amerikada azərbaycanlılar dinc mitinqlər keçirərək dünya birliyindən Ermənistanın işğalçılıq siyasətini dayandırmağı tələb ediblər”, - deyə Ş.Tağıyev qeyd edib.
Moskvadakı azərbaycanlı icması tərəfindən də dinc aksiya keçirilib-keçirilməyəcəyi barədə “Report”un sualına cavab verən icma rəhbəri hazırkı epidemioloji vəziyyətlə bağlı şəhərdə kütləvi aksiyalara icazə verilmədiyini diqqətə çatdırıb: “Mən bilən, bu barədə ermənilərə də xəbərdarlıq edilib. Bununla belə xatırlatmaq istərdim ki, sərhəddə döyüşlər başladığı vaxt azərbaycanlı icmanın üzvləri ölkəmizin Rusiyadakı səfirliyinin qarşısına gəlmişdilər, orada səfir Polad Bülbüloğlu ilə görüş də keçirilmişdi”.
“Bununla yanaşı, qarşıdan gələn Qurban bayramı ilə də bağlı söhbət etdik. Bizdən koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən qaydalara əməl etməyin vacibliyini icma üzvlərinə çatdırmağı istədilər. O cümlədən məscidlərdə də insanların kütləvi toplaşmasına, həmçinin küçədə namaz qılınmasına icazə verilmir. Odur ki, bayram onlayn rejimdə keçiriləcək”, - deyən Ş.Tağıyev görüşün bütövlükdə səmərəli keçdiyini də dilə gətirib. (“Report”)

Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











