Eskpert: “Bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirən addımlar atmaq olmaz”

Koronavirusun yayılmasına qarşı ictimai nəqliyyat sahəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aktiv tədbirlər həyata keçirilir. Bu tədbirlərin faydalı olması üçün isə vətəndaşların da üzərinə mühüm yük düşür.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a verdiyi açıqlamada bildirib ki, belə çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz:
“Koronavirus təhlükəsi yaranandan BNA bütün verilən göstərişlərə dərhal reaksiya verib. Məsələn, metro xətlərindən istifadənin minimuma endirilməsi ilə bağlı göstəriş veriləndən bir saat sonra BNA artıq iki ekspress marşrut xəttinin hazır olması ilə bağlı açıqlama verdi. Yəni, Agentlik əməkdaşları bu qədər çevik işləyir və 24 saat iş rejimində çalışırlar. Avtobusların əksəriyyətinə dezinfeksiya qutuları quraşdırılıb ki, vətəndaşlar əllərini dezinfeksiya etsinlər. Amma təəssüflər olsun ki, bəzi insanlar gah həmin qutuları sındırır, gah da içindəki məhlulu yerə tökürlər. Bunu ancaq xəstə təfəkkürlü adamlar edə bilər. Bəzi insanlar sanki qəsdən cəmiyyətə ziyan vurmağa çalışırlar.
BNA avtobuslarda daşıma qaydaları ilə də bağlı müəyyən işlər görüb. Çalışmaq lazımdır ki, avtobuslar çox sərnişin götürməsin. Sürücülər sərnişinlərdən növbəti dayacanaqda düşən olub-olmayacağını soruşa bilərlər. Əgər düşən yoxdursa hər dayanacaqda avtobusu saxlamamalıdırlar. Düşünürəm ki, bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz. Belə addımlar insanlığı ziddir və bu kimi hərəkətlərə yol verənlər cəzalandırılara məsələ ictimailəşdirilməlidir ki, başqaları da bu davranışlardan çəkinsinlər”.
Gültən
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










