“Eskpress avtobuslar sonrakı dövrlərdə də fəaliyyət göstərməlidir” - Ekspert

Karantin rejimi ərzində paytaxtda metronun bağlanması səbəbilə sərnişin axınında yarana biləcək çətinlikləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress marşrut xətləri istifadəyə verildi. İlk öncə 2, daha sonra isə 5 ekspres xətt təşkil edilib. Hazırda ümumilikdə paytaxtda 7 ekspress marşrut xətti fəaliyyət göstərir.
Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev hesab edir ki, karantin dövründən sonra da bu tip ekspress avtobusların fəaliyyəti təmin edilməlidir: "Ekspress avtobusların fəaliyyəti xüsusilə metronun işləmədiyi dövrdə lazımlı idi. Düşünürəm ki, metro fəaliyyətini bərpa edəndən sonra da ilkin mərhələdə həmin avtobuslara ehtiyac ola bilər. Eyni zamanda, sonrakı dövrlərdə də paytaxtda bu tip marşrutlar fəaliyyət göstərməlidir. Əsasən də, şəhər mərkəzindən uzaqda yerləşən Mərdəkan, Binə, Lökbatan kimi qəsəbələrdə ekspress avtobuslara ehtiyac var. Səhər saatlarında həmin qəsəbələrində yaşayan insanların əksəriyyəti yaşadıqları yerdən şəhər mərkəzinə üz tutur. Bu zaman onlara bir marşrut xətti üzrə ortada yerləşən dayanacaqlardan minmək sərf eləmir. Çünki avtobus artıq ilk dayanacaqda sərnişinlə dolur və demək olar ki, hamı şəhər mərkəzində düşür. Odur ki, belə uzun məsafələrdə ekspress avtobus xətlərinin təşkili məqsədəuyğundur. Məsələn, səhər vaxtı Mərdəkandan minib şəhər mərkəzində düşməli olan sərnişinə Ramanada dayanmaq sərf eləmir. Nəticədə həmin sərnişin vaxt itirmiş olur. Hesab edirəm ki, uzun məsafəli sərnişindaşımada böyük tutumlu avtobuslar ekspress avtobus funksiyasını daşıya bilər və bu çox müsbət addım olar. Gələcəkdə əhalisi çox olan qəsəbələrdən hansının ərazisindən dəmir yolu xətti keçməsə, orda mütləq ekspress avtobus xətləri istismara verilməlidir”.
Qeyd edək ki, mayın 4-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli metronun fəaliyyəti bərpa olunduqdan sonra ekspress avtobusların işləyib-işləməməsi məsələsinə baxılacağını bildirib. V.Kərimli qeyd edib ki, ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












