Evdə müalicə olunan koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd olunub ki, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











