Evdən meyiti tapılan 4 nəfər dəm qazından boğulmayıb - “Azəriqaz”dan AÇIQLAMA

5 gün əvvəl Bakıda evdən meyitləri tapılan 4 nəfərin dəqiq nədən öldükləri hələlik məlum deyil. Kirayə qalan şəxslərin dəm qazından boğulduqları ehtimal edilir və məsələ ilə bağlı Nərimanov Rayon Prokurorluğunda hələ ki araşdırma davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyi ölən şəxslərin dəm qazından boğulub-boğulmadıqları barədə sözügedən mənzildə ilkin araşdırma aparıb.
Bizim.Media-nın sorğusuna cavab olaraq qurumun şöbə rəisi İlkin Behbudov bildirib ki, 4 nəfərin ölü tapıldığı mənzilin qaz sayğacı bloklu vəziyyətdə olub.
Ona görə onların dəm qazından boğulma ehtimalı aşağı səviyyədədir:
“Smart tipli sayğacın üzərinə baxış keçirilən zaman sayğacın bloklanmış şəkildə, yəni qurğudan qaz keçmədiyi məlum olub. Həmin hadisədə dəm qazı ehtimalı reallığa oxşamır. Amma bu məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılandan sonra qərar qəbul olunacaq. İlkin olaraq dəm qazından boğulma ehtimalı görünmür.
Dekabrın sonundan sayğacda qaz limiti bitdiyinə görə bloklanıb. Mənzil daxilinə isə baxış keçirməyə müvafiq dövlət qurumları tərəfindən şərait yaradılmayıb. Təbii ki, yenə də araşdırma tələb edən bir məsələdir”.
Xatırladaq ki, hadisə yanvarın 5-də paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında baş verib. Həmin ünvandakı mənzillərdən birinin sahibi evini 3 nəfərə kirayə verib.
Yanvarın 1-dən 5-nə qədər kirayənişinlərə zəng vuran ev sahibi qarşı tərəfdən cavab ala bilmədiyi üçün yanvarın 5-də səhər saatlarında evə gəlib.
Lakin evin qapısını bağlı görən mənzil sahibi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra mənzilin qapısı açılıb. Mənzilə baxış keçirilərkən oradan 4 nəfərin meyiti aşkarlanıb.
Vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












