Evdən və köşklərdən oğurluq edən şəxslər yaxalanıb - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar.
İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də tutulub.
Belə ki, Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA















