Əyləci xarab olan yük maşını evin içinə girdi; 1 ölü, 2 yaralı - FOTO

Türkiyənin Sakarya əyalətində yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Hendek rayonunda qeydə alınıb.
Məlumata görə, Bayraktepe məhəlləsində eniş aşağı enən və qeydiyyat nömrə nişanı müəyyənləşdirilməyən yük maşınının əyləcində nasazlıq yaranıb. Bundan sonra sürücünün idarəetməsindən çıxan maşın fındıq bağına girib. Sürücünün bütün səylərinə baxmayaraq nəqliyyat vasitəsini dayandırmaq mümkün olmayıb və o, bağın yanında yerləşən yaşayış evinin divarına çırpılıb. Qəzanı görən ətrafdakılar vəziyyəti səlahiyyətlilərə bildiriblər.
Divarı qıraraq evin içərisinə daxil olan yük maşının altında qalan Ruhinaz Mutlu adlı qadın dünyasını dəyişib, 10 yaşlı nəvəsi Elif Naz Mutlu və adı hələ ki öyrənilməyən maşın sürücüsü xəsarətlər alıb. Yaralılar, ambulanslarla xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev






Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












