“Fairmont Baku”nun jurnalistlərə “işverən” deyən “qəhrəmanı” saxlanıldı

“Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham edib.
O, video çəkərək media nümayənələrini “işverən” adlandırıb.
Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.
Criminal.az saytının hüquq-mühafizə orqanından əldə etdiyi məlumata görə, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.
O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.
“Hazırda onunla bağlı materiallar toplanılır. Barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Onun məhkəməyə çıxarılacağı da istisna edilmir. Saxlanılan İ.Babayev iş adamı Fətulla Babayevin oğludur”, – məlumatda deyilir.
“Fairmont Baku” otel bir neçə gün əvvəl İnstaqram səhifəsində kampaniya elan edib. Otel kampaniyada müştərilərə çağırış edərək, “Həftəsonunu bizimlə birgə keçirin” deyə müraciət ünvanlayıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












