FAKTİKİ HAVA - Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb

Ölkə ərazisində höküm sürən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumatına görə, mayın 17-si səhərədək bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir yağış yağıb, güclü qərb küləyi əsib. Düşən yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Xaltan, Qrızda 1 mm olub. Qərb küləyinin sürəti arabir Tərtər, Altıağacda 25 m/s, Naftalan, Daşkəsəndə 23 m/s, Ağstafada 22 m/s, Şəki, Xaçmaz, Ağdamda 20 m/s, Göyçayda 19 m/s, Gəncə, Qubada 18 m/s, Şabranda 16 m/s, Mingəçevir, Yevlaxda 15 m/s olub. Abşeron yarımadası və Abşeron Dəniz rayonunda şımal-qərb küləyi Pirallahıda 30 m/s, Qum adası, Maştağada 28 m/s, Çilov adasında 27 m/s, Neft Daşlarında 24 m/s, Sumqayıt, Bakıda 22 m/s, Binədə 19 m/s, Zabratda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Temperatur iqlim normasından 2.2 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-31, aran rayonlarında 31-34 dərəcə, dağlıq rayonlarda 22 dərəcəyədək, Naxçıvan MR-da 21-30 dərəcə isti olub.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










