Fəaliyyətinə icazə verilən kafe-restoranlarla bağlı XƏBƏRDARLIQ

“İaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə saat 09:00-dan 22:00-dək icazə verilir. Bu müddətlə bağlı tələblərə əməl edilməsinə ciddi şəkildə nəzarət olunacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, müştərilər təsərrüfat obyektinə maska ilə daxil olmalıdır.
“Bu olmadıqda ya buraxılmamalı, buraxıldığı halda isə sahibkar tərəfindən maska ilə yerində təmin olunmalıdır”.
“Tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə, ümumiyyətlə, icazə verilmir.
Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar tətbiq olunacaq. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












