Fərdi avtomobillərdən istifadəyə hansı halda icazə var? - RƏSMİ

"Vətəndaşlara tövsiyə edirik ki, iyulun 5-dən SMS-lə icazə alarkən avtomobillərinin dövlət nömrə nişanını da yazsınlar”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.
“Avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəslə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır. Milli Məclisdə bununla bağlı qanunvericiliyə dəyişiklik olarsa, o zaman bu, tətbiq olunacaq", - Ü.Mehdiyev deyib.
Nazirlər Kabinetinin qərarı əsasında xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır: “Birincisi, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, bu da tənzimlənəcək”.
Ü.Mehdiyev bildirib ki, qanun layihəsi təsdiqlənməyənə qədər cərimə tətbiq olunmayacaq.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












