"Fərqlənmə nişanı" əldə edən sürücülərin qeydiyyatı başladı

"Nazirlər Kabineti yanında Operativ Qərərgahın Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 31 mart tarixli qərarına əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə ölkə ərazisində fəaliyyətinə icazə verilən istiqamətlərdən biri də avtomobil nəqliyyatı ilə yük daşımalarıdır."
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
"Xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə bu sahədə dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb.
Bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib."
Gültən
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB











