Fəvvarələr meydanındakı yollara avtomobil girməsin – Ekspertdən təklif

Bakıda parklanma məsələsi ilə bağlı həssas nöqtələr çoxdur. Bu nöqtələrdən biri də şəhərdə maşın sıxlığının çox olmasıdır.
Avtosfer.az xəbər verir ki, bunu ekspert Elməddin Muradlı ABC.AZ-a bir müddət əvvəl Bakıda parklanma probleminin aradan qaldırılması istiqamətində prezidentin Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimliyə verdiyi tapşırılqarı şərh edərkən deyib.
E.Muradlının sözlərinə görə, Bakıda elə yerlər, küçələr varki ora nəqliyyat vasitəsinin girişi lazım deyil. Ekspert qeyd etdi ki, məsələn Fəvvarələr meydanı kimi tanınan ərazidəki küçələrin yolları sırf piyadalar və gəzinti üçün nəzərdə tutulsa daha yaxşı olar: “Ora avtomobillərlə girmək yaxşı deyil. Amma bununla yanaşı hardasa bir parklanma və normal bir parkinq yeri yaradılmalıdır. Yəni hansısa məhdudiyyət yaradırsansa eyni zamanda şərait də yaratmalısan. Məsələn dünyanın bəzi ölkələrində bir sıra küçələrə avtomobillə giriş qadağandır. Vətəndaşlar gəlirlər avtomobillərini park edirlər və ictimai nəqliyyat vasitəsi ilə normal işlərini görürlər. Amma bizdə ictimai nəqliyyatın vəziyəti nə gündədir bilirik axı. Buna görə işləri paralel aparmaq lazmdır. Bir işi görəndə paralel şəkildə digər işlər də görülməlidir. Yəni birini saxlayıb, digərini görəndə effekt gözlənilən kimi olmur”.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI













