FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili deyib.
Onun sözlərinə görə, bu tədbirlər ölkədə çimərlik mövsümünün başlaması ilə əlaqədardır: "Bilirsiniz ki, iyun ayının 16-dan çimərlik mövsümü başlayıb. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti olaraq biz mövsümqabağı təhlükəsizlik tədbirləri görmüşük. Bu tədbirlər çərçivəsində xidməti ərazilərdə dalğıclar vasitəsilə sualtı baxışlar keçirilib, həmin yerlər təmizlənib, sualtı müayinələr zamanı aşkar olunmuş təhlükəli yerlər xüsusi nişanlanıb. Eyni zamanda, çimərliklərdə üzmə sərhədini müəyyən edən nişanlar yerləşdirilib, bu nişanlar vətandaşlara həmin yerə qədər üzməyə icazə verir.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi ilə bağlı ərazilərə xüsusi təlimat lövhələri vurulub. Həmin lövhələrdə çimərliklərdə davranış qaydaları əks olunub. Həmçinin, struktur bölmələrin balansında olan bütün texnika və vasitələr mövsüm üçün hazır vəziyyətə gətirilib. Artıq iyunun 15-dən Dövlət Xidməti gücləndirilmiş rejimə keçib". (Trend)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











