FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərlik mövsümü ilə bağlı əhaliyə müraciət edib. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Avtosfer.az-a daxil olan müraciətdə vətəndaşların çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməsi tövsiyə olunub: "Vətəndaşlardan xahiş edirik ki, gedəcəkləri çimərliklər haqqında əvvəlcədən məlumat toplasınlar. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, xilasetmə texniki vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılmayıbsa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib, bu da xırda bir ehtiyatsızlıqdan suda boğulma kimi faciələrə səbəb ola bilər. Ona görə də əhaliyə müraciət edirik ki, yalnız nəzarət olunan çimərliklərə getsinlər. Ölkə ərazisində ayrı-ayrı çaylar, su kanalları və digər su tutarları var ki, onlar çimərlik üçün nəzərdə tutulmayıb və vətəndaşlar bu prosesdə diqqətli olmalıdırlar. Bu ərazilər çimərlik kimi nəzərdə tutulmadığından həmin ərazilərdən çimərlik kimi istifadə qadağandır. Eyni zamanda, həmin ərazilərdə hansısa bir bədbəxt hadisə baş verərsə, sualtı relyefin mürəkkəbliyi və sualtı maneələrin çoxluğundan həmin ərazilərdə xilasetmə işləri həyata keçirməyə çətinlik çəkirik. Elə yerlər var ki, hətta orada xilasetmə üçün dalğıc enişləri də edə bilmirik. Ona görə də əhali çalışmalıdır ki, yalnız çimərlik üçün nəzərdə tutulan yerlərə getsin, küləkli havada, dalğalı vəziyyətdə olan suya girməsinlər, hava qaralandan sonra dənizdə çimməsinlər. Nəzarət olunan ərazilərdə də nəzarətçilərin çağırışına əməl etsinlər, təhlükəsizlik nişanlarını keçməsinlər, azyaşlıları nəzarətsiz buraxmasınlar, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə çimərliklərlə bağlı metodiki göstərişlərinə əməl etsinlər. Vətəndaşlar çimərliklərdə sosial məsafəni gözləməli, çimərliklərdə qurulan çətirlərin ara məsafəsi 4 metrdən az olmamalıdır. Əhali çimərlik ərazisində su ilə birbaşa təması olmayan ərazilərdə maskadan istifadə etməlidir. Çimərlik sahəsində özünda koronavirus infeksiyasının simptomlarını hiss edən şəxs mütləq tibb məntəqələrinə müraciət etməlidir. Çimərlik ərazisi əsasən səhər 9:00-dan 20:00-a kimi daha təhlükəsizdir".
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












