FHN-in 112 - qaynar telefon xəttinə psixoloji yardımla bağlı 1400-dən çox müraciət daxil olub

Ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 112 qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi davam etdirilir.
FHN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildiriblər ki, 24 saat fasiləsiz xidmət aparan nazirliyin xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi yardım göstərirlər. Ötən müddətdə psixoloji yardımla bağlı Bakıdan və respublikanın müxtəlif regionlarından “qaynar xətt”ə 1400-dən çox müraciət daxil olub. Müraciətlər əsasən COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.
Psixoloji yardımın təşkilində əsas məqsəd vətəndaşları psixoloji problemlərlə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar nazirliyin 112 - qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










