FHN-in yeni maşınları; maddi-texniki baza daim yenilənir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Yaponiyanın “Nissan” şirkətinin istehsalı olan “Patrol Safari” markalı avtomobillərin bazasında yığılmış xüsusi xilasetmə avtomobilləri ölkəmizə gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumatda qeyd olunub. Bildirilib ki, Nazirliyin müvafiq xilasetmə qurumlarının ixtiyarına veriləcək 11 ədəd xüsusi xilasetmə avtomobilləri qəza-xilasetmə işlərində istifadə olnması üçün nəzərdə tutulub.
Yüksək temperatur və rütubət olan ərazilərdə istifadə üçün nəzərdə tutulan bu avtomobillər, həmçinin, texniki xidmət baxımından rahatlığı, təhlükəsizliyi, etibarlılığı və əlçatanlığı ilə fərqlənir. Avtomobillər keyfiyyətin idarə edilməsi üzrə ISO 9001:2015 standartlarına uyğundur.
Avtomobillərdə ən mürəkkəb xilasetmə əməliyyatlarını həyata keçirməyə imkan verən müasir xilasetmə avadanlıqları ilə yanaşı, xüsusi nəfəs aparatı, kimyəvi istehsalda, təhlükəli tullantıların təmizlənməsində və pestisid tətbiqində təhlükəli materiallardan qorunmaq üçün tamamilə kapsullaşdırılmış xüsusi geyim, qatlana bilən xərək, ilk yardım çantası və digər zəruri avadanlıqlar da yerləşdirilib.
Emin
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












