"Formula 1": FIA Lüis Hemiltonu cəzalandırdı

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1"də çıxış edən "Mercedes" pilotu Lüis Hemiltonu cərimələyib.
Avtosfer.az xəbər verir ki, səbəb britaniyalı sürücünün Avstriya Qran-prisində sarı bayraqlara məhəl qoymamasıdır. Qərara əsasən, 6 qat dünya çempionu start düzülüşündə 3 yer itirib.
Təsnifat mərhələsində baş vermiş insidentə ilk dəfə iyulun 4-də baxılıb. Stüardlar Hemiltonun arqumentlərini dinləyərək, onu cəzalandırmamağı qərara alıblar. Lakin bu gün "Red Bull" komandası təkrar etiraz edərək, titullu idmançının maşınında qurulmuş 360 dərəcəlik kamera görüntülərini təqdim edib. Həmin videoya əsasən, Hemiltonun iddia etdiyinin əksinə, paneldə yaşıl yox, sarı işıq yanıb. Beləliklə, britaniyalı pilotun cərimələməkdən imtinaya əsas göstərilən "siqnalların konflikti" həmin an olmayıb.
Bu gün Bakı vaxtı ilə saat 17:10-da start götürəcək Qran-pridə "Red Bull" pilotu Maks Ferstappen ikinci, "McLaren"dən Lando Norris üçüncü, Ferstappenin komanda yoldaşı Aleksander Albon dördüncü olacaq. Hemilton beşinci, onun "Mercedes"dəki komanda yoldaşı Valtteri Bottas isə birinci sırada qərarlaşacaq.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











