"Formula 1" oyunu üçün Bakı Şəhər Halqası seçildi

"Formula 1" üzrə mobil oyunun ilkin versiyasının videosu yayımlanıb.
Avtosfer.az xəbər verir ki, videoda oyunun oynanılma qaydası göstərilib. Bunun üçün Azərbaycan Qran-prisi seçilib. Maşının sürülmə anlarının göstərildiyi videoda "Alfa Romeo" pilotu Antonio Covinatsinin idarə etdiyi avtomobil seçilib. Covinatsi bu bolidlə Bakı Şəhər Halqasında dövrə vurub.
Yeni oyunun özəlliklərinə baxdıqda, ilk növbədə “Mənim komandam” yeniliyi diqqəti cəlb edir. Çünki yeni oyunla birlikdə komanda rəhbəri olmaq imkanı da verilir. "Football Manager"ə bənzəyən oyunda oyunçular öz komandalarını idarə edəcək, istədikləri pilotları transfer edəcəklər.
"Formula 1" həvəskarları "karyera" bölümünü seçməklə oyundan istifadə edə bilərlər. Burada 22 mərhələdən ibarət yarış "tam mövsüm", 10 və ya 16 mərhələdən ibarət qısa yarışlar seçmək mümkündür.
Bundan başqa çoxlu oyun üçün ekranın ikiyə bölünmə xüsusiyyəti də mövcuddur. Beləliklə, eyni ekranda ikili oyun oynama özəlliyi aktiv olacaq.
Oyunun proqramı tam olaraq iyulun 10-da təqdim ediləcək.
Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ












