Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO

Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının bu günartıq 4-ü günüdür. Sessiya çərçivəsində bir sıra iclaslar baş tutub və topklantılarda yerli, eləcə də xarici ziyarətçilər iştirak edib.

Forumda iştirak edən QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Avtosfer.az-a müsahibəsində bildirib ki, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkənin uğurlu xarici siyasət və diplomatik fəaliyyətinin nəticəsidir.
Onun sözlərinə görə, Prezidentin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə şərait yaradıb və bu, ölkənin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. Cəsarət Hüseynzadə qeyd edib ki, beynəlxalq şəhərsalma forumlarında dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının iştirakı da xüsusi əhəmiyyət daşıyır. QHT-lər şəhərsalma sahəsində siyasətlərin formalaşdırılması və beynəlxalq layihələrin icrası prosesində mühüm rol oynayır, eyni zamanda qərar qəbuletmədə vasitəçi funksiyasını yerinə yetirirlər.
O əlavə edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci bəndi icmalarla işləməyə xüsusi önəm verir və şəhərsalma proseslərində vətəndaş rəylərinin nəzərə alınması vacibdir. Bu fikirlərin cəmiyyətə çatdırılmasında QHT-lər əsas körpü rolunu oynayır.
Cəsarət Hüseynzadə həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ bölgələrində sıfırdan şəhərsalma prosesi həyata keçirilir və bu prosesdə yaşıl enerji, bərpa olunan enerji resurslarının tətbiqi prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, şəhərsalmada inklüzivlik məsələsi də xüsusi önəm daşıyır və həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə müəyyən çağırışlar mövcuddur.
Sayt rəhbəri bildirib ki, əsas hədəf dövlət və özəl sektorun əməkdaşlığı ilə bu problemlərin aradan qaldırılmasıdır. Onun sözlərinə görə, şəhərlər həm ümumi əhali, həm də əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır və bu kateqoriyadan olan insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Hüseynzadə əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və şəhərsalma işlərində artıq bu prinsiplər tətbiq olunur.
Eltac Zülfüqaroğlu
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO










