Fransa sərhədlərini Avropa Birliyi ölkələri üçün açır

Fransanın Xarici İşlər və Daxili İşlər nazirliklərinin birgə məlumatına görə, ölkənin sərhədləri iyunun 15-i gecə yarısından Avropa Birliyinə üzv dövlətlərdən gələnlərin üzünə açıq olacaq.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Fransada və Avropada sanitar vəziyyətin əlverişli inkişafına uyğun olaraq və Avropa Komissiyasının dünən təqdim edilmiş tövsiyələri nəzərə alınaraq, Fransa 15 iyun saat 00:00-dan daxili sərhədlərinin kəsişməsinə bütün məhdudiyyətləri aradan qaldırır", - deyə Xarici İşlər və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir.
Bundan başqa, Fransaya giriş məhdudiyyətləri Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, Sen-Martena, San-Marino, İsveçrə və Vatikandan gələnlər üçün aradan qaldırılır.
Bu halda Fransa İspaniya və Böyük Britaniyadan gələnlər üçün 14 günlük karantin rejimi haqqında qaydalarını saxlamaq barədə qərar qəbul edib.
Sənəddə həmçinin göstərilir ki, Avropa Birliyinin tövsiyələrinə uyğun olaraq Fransa 1 iyuldan birliyə üzv olmayan digər dövlətlər üçün sərhədlərin tədricən açılışına başlayacaq.
Daha əvvəl Avropa Komissiyası Avropa Birliyi ölkələrinə 1 iyuldan sərhədləri qismən başqa dövlətlərin vətəndaşları üçün açmağı məsləhət görüb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










