"Gazelli Group" şirkəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 AZN məbləğində vəsait köçürür

"Gazelli Group" şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşulmuşdur.
Avtosfer.az xəbər verir ki, "Gazelli Group" şirkəti, dövlət başçısının 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 AZN məbləğində vəsait köçürür.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, "Gazelli Group" şirkəti koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması və dövlətə mənfi təsirinin məhdudlaşdırılması üzrə tədbirləri dəstəkləyir.
Şirkətin daxili siyasəti, əhalinin sağlamlığının qorunması üçün hökumətin həyata keçirdiyi ardıcıl və hərtərəfli tədbirləri dəstəkləyir, həmçinin bu günlərdə bir araya gələn və ehtiyat qaydalarına əməl edən bütün vətəndaşlara təşəkkürünü bildirir.
"Gazelli Group" şirkəti ölkənin vətəndaşlarını ÜST tövsiyələrinə riayət etməyə - əlləri tez-tez yumağa və antiseptik maddələrdən istifadə etməyə, digər şəxslərlə fiziki təmasları minimuma endirməyə və insanların sıx toplaşdığı yerlərdə olmamağa çağırır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












