Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO

iyul ayının 20-də Gədəbəy rayon sakini olan bir xanım Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək günorta saatlarında tanımadığı 2 nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonun alaraq qaçdıqlarını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb. Aparılan təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənŞabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ. Zülfüqarov şübhəli şəxs qismində saxlanılıb. Araşdırlmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini az yaşlı övladı ilə parkda gəzən zaman görmüş, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi yaşayış evinə qanunsuz daxil olaraq, soyğunçuluq edərək 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriliblər. Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsini törətməsi də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












