Gediş haqlarının artması problemləri... - Elməddin Muradlıdan ŞƏRH

“İctimai nəqliyyatda qiymət artımı məsələsi bir müddət idi ki, müzakirə edilirdi. Daşıyıcı şirkətlər fikirlərini əsaslandıraraq hökumətə müraciət etmişdilər. Müraciətin əsas qayəsi ondan ibarət idi ki, indiki mövcud şərtlər daxilində çətinliklər yaranır”.
Bu sözləri Ednews-a Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda qiymətləri bahalaşma ilə bağlı fikir bildirərkən deyib. O, qeyd edib ki, artıq yüzlərlə avtobus bu gün daşıyıcı şirkətlər tərəfindən xəttə buraxılmır. Daha doğrusu onların dediyinə görə buraxa bilmirlər. Çünki ehtiyat hissələri, yanacaq bahalaşıb, əlavə heç bir datasiya, yardım yoxdur.
“Dövlət də tələb qoyub ki, ölkəyə ancaq sıxılmış təbii qazla işləyən (CNG) avtobuslar gətirilə bilər. Eyni zamanda müasir və komfortlu avtobuslar olmalıdır. Bu müasir avtobusların da qiyməti 200 mindən başlayır. Daşıyıcı şirkətin də rəhbəri sahibkardır. Sual çıxır ortalığa ki, hansı sahibkar 200 minini aparıb avtobusa versin ki, illərlə müştəri daşıyım, heç bir dəstək olmasın, 30 qəpiklə 200 mini çıxardım.”
Ekspert metroda gediş haqlarının bahalaşmasından da danışıb:
“Metronun hər zaman zərərlə fəaliyyət göstərməsi haqqında xəbərlər dolaşırdı. Mövcud şərtləri hesablayanda bu qədər infrastruktur işləri görürük, baxırıq, görürük ki, xeyli işlər görürlər, yeni stansiyalar tikirlər. Bu da qaçınılmaz idi. Mütəxəsislər bu məslə ilə bağlı araşdırma aparırlar, hesab işləri görürlər. Kimsə etiraz edirsə etsin, hər kəsin haqqı var. Amma məntiqlə fikirləşəndə bu zərərlə nə vaxta kimi işləyə bilər? Burada 2 variant vardı. Daşıyıcı şirkətlərə datasiya ayırlmalı idi, ya da gediş haqqları artılacaqdı. Dövlət hələ müəyyən məsələləri nəzərə alaraq, xüsusi ilə də sosial vəziyyəti qeyd edərdim ki, cəmi 10 qəpik artırıb. Şirkətlərin təkilifi daha böyük idi. 50 qəpikdən danışır, avropadan misallar gətirirdilər.”
Qeyd edək ki, Tarif şurasının iclasında aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).
Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











