Gəncə Lokomotiv Deposu nə zaman hazır olacaq? - VİDEO

Son illər “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) iri layihələr həyata keçirilir və ölkənin dəmir yolunun inkişafı istiqamətində hər il əvvəlki illərlə müqayisədə irəliyə doğru daha bir addım atılır, yeniliklər edilir. Həmçinin yeni sürət elektrik qatarları alınır. Təbii ki, belə olan şəraitdə infrastruktur da buna uyğun qurulur və yenilənir. ADY bu məqsədlə infrastruktur zəncirinin bütün hissələrini buna uyğun formalaşdırır. İnfrastrukturun formalaşmasında mühüm rolu isə təmir və bərpa depoları həyata keçirir. Dəmir yolunda depolar dəmir yolu infrastrukturunun sürətli və fasiləsiz keçidini təmin edir.
Avtosfer.az xəbər verir ki, "Report"un əməkdaşları ADY-nin hazırda tikintisi davam edən Gəncə Lokomotiv Deposunda olublar.
Gəncə Lokomotiv Deposunda görülən işlərlə və deponun tikintisində diqqət yetirilən məqamlarla bağlı suallarımızı deponun layihə rəhbəri İbad İbadov cavablandırıb.
Onun sözlərinə görə, ADY-nin Gəncə Lokomotiv Deposu 6,6 hektar sahəni əhatə edir: “Zazalı və Gəncəçay stansiyalarının arasında inşa olunan depo lokomotivlərin cari texniki vəziyyətinin saxlanılmasını və mütəmadi olaraq profilaktik baxışların həyata keçirilməsini təmin edəcək. Layihə çərçivəsində ərazidə əsas təmir binasının və 2 mərtəbəli inzibati binanın, eləcə də transformator məntəqəsinin və digər yardımçı şəbəkələrin tikintisi aparılır. Transfarmator binası bütün avadanlıqlar ilə təmin edilib və istismara hazır vəziyyətdədir. Bununla yanaşı, 8 ədəd ümumi sahənin işıqlandırma sistemi quraşdırılacaq. Beton əsaslı 6 dəmir yolu xətti də çəkiləcək. Xəttin ümumi uzunluğu 1 462, yol çeviriciləri daxil 1 528 metr olacaq. Onlardan beşi kontakt şəbəkə ilə, biri isə adi ərazidə nəzərdə tutulan dizel yanacaqdoldurma stansiyasına yardım etmək üçün nəzərdə tutulur”.

İ.İbadov vurğulayıb ki, deponun ərazisində həyata keçirilən işlərə beynəlxalq mütəxəsislər nəzarət edir: “Gəncə Lokomativ Deposunda layihələndirmə işlərini Türkiyə və Azərbaycanın mütəxəsisləri həyata keçiriblər. Hazırda isə inşaat işlərinə fransız şirkəti nəzarət edir. Ümumiyyətlə, beynəlxalq mütəxəsislərin təcrübəsindən faydalanaraq layihəmizi mükəmməlləşdirib, inşaat işlərinə başlamışıq”.
ADY-nin Gəncə Lokomotiv Deposunun rəisi Ramil İsmayılov bildirib ki, depoda işlərin 70%-i görülüb: “Tikinti işlərinin avqustun sonlarında yekunlaşması gözlənilir. Ümumi avadanlıqların quraşdırılmasının ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”.
Qeyd edək ki, Gəncə Lokomotiv Deposunda videoçəkiliş ölkədə koronavirus pandemiyasına görə karantin qaydalarının tətbiqindən əvvəl aparılıb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










