Gəncədə istehsal olunan elektrobuslar Türkiyə və Orta Asiya bazarlarına çıxarıla bilər

Gəncə avtomobil zavodunda istehsal olunan “E-321” markalı elektobuslar yerli bazarı təmin etdikdən sonra Türkiyə, Gürcüstan və Orta Asiya ölklərinin bazarına da çıxarıla bilər. Bu barədəGəncə avtomobil zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildiriblər. Onun szölərinə görə, hazırda sınaq üçün sözügedən elektrobuslardan 3 dənəsi artıq hazırdı: “Orta hesabla zavodun aylıq istehsal gücü 10-15 avtobusadur. Hazırda kütləvi istehsal olmayıb, yalnız 3 ədəd nümunə üçün elektrobuslar hazırlanıb. Gələcəkdə elektrobuslara təlabat çox olarsa, Gəncə avtomobil zavodu növbəli şəkildə işləməklə daha çox avtobus istehsal etmək gücündüdədir”.
O, əlavə edib ki, Azərbaycanın bütün şəhər və rayonlarında istifadə oluna biləcək bu elektrobuslar sifarişə uyğun olaraq lazımi qabaritlərdə və lazımı avadanlıqlarla təchiz edilmək şərtilə yığılır. Eyni zamanda Gəncə avtomobil zavodu bütün keçirilən tenderlərdə iştirak edir və öz təkliflərini Bakı Nəqliyyat Agentliyinə və o cümlədən Gəncə nəqliyyatına gönədrir: “Günü gündən gözəlləşən, müasirləşən şəhərlərimiz üçün bu elektrobuslar şox yaxşı bir töhfə ola bilər. Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə gəlincə, istər Bakı, Abşeron, istərsə də Gəncə, Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elektrobusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var. Bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək”. ( Trend)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












