Gəncədə marşurutlar və taksilər dezinfeksiya edilir

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Gəncə şəhərində ictimai nəqliyyat vasitələri dezinfeksiya olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Qərb Mərkəzinə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, dezinfeskiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə şəhər İHB-ı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.
Şəhərdə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər dezinfeksiya olunublar. Avtomobillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib.
Gəncədə sərnişindaşıma ilə məşğul olan avtobuslarda işlər səhər saatlarında, avtobuslar xəttə buraxılmamışdan öncə həyata keçirilib. İctimai nəqliyyat vasitələrinin döşəmə, oturacaq və tutacaqları xüsusi məhlulla dezinfeksiya olunub.
Koronavirus (COVID-19) əleyhinə profilaktik tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri davam etdiriləcək. Dezinfeksiyaedici preparatların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












