Gəncədə nəqliyyat vasitələri dezinfeksiya olunur - FOTO

Gəncədə ictimai nəqliyyat vasitələri və xidməti avtomobillər mütəmadi dezinfeksiya olunur.
Avtosfer.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, dezinfeksiya işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Yanında Nəqliyyat və Sərnişindaşıma İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, habelə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb.
Dezinfeksiya işləri şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə yanaşı, Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti maşınlarında, habelə Mənzil Kommunal Təsərrüfatı İstismar Birliyinin avtomobillərində də həyata keçirilib. Avtomobillərin təkərlərinə, ön və arxa oturacaqlarına, habelə döşəmə və pəncərələrinə xüsusi dezinfeksiyaedici məhlul çilənərək, təmizlənib. Eyni zamanda sözügedən nəqliyyat vasitələrinin qarajları da dezinfeksiya olunublar. Dezinfeksiya işləri mütəmadi olaraq qrafikə uyğun şəkildə aparılır.
Qeyd edək ki, bu cür tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilir.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB















