Gəncədə xüsusi karantin rejimini pozanlar cəzalandırılıb - FOTO

Gəncədə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib. Məlumata görə, aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinin bir qisminin yumşaldılmasına baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş rejimdə davam etdirir.
Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı ümumilikdə 1 015 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 1 004-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 11 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.
Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 22 nəfəri iaşə obyektlərinin sahibləridir.
Emin
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
















