Gəncənin küçə və prospektlərində dezinfeksiya işləri davam edir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.
Bu gün Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin xüsusi təlimatlar almış əməkdaşları tərəfindən şəhərin mərkəzində, əhalinin sığlıq təşkil etdiyi Heydər Əliyev meydanında, Cavad xan küçəsində, Xan bağı və digər anoloji sahələrdə dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, Operativ Qərargahın yeni qərarı ilə may ayının 18-dən parklar, bulvarlar və digər istirahət guşələri sakinlər üçün yenidən açıq elan olunub. Bununla əlaqədar Gəncə şəhərindəki bütün parklarda, xiyabanlarda, bulvarda və əhali sıxlığı təşkil edən gəzinti ərazilərində bu qərara uyğun olaraq virusun yayılması əleyhinə tədbirlər görülür. Həmin ərazilərdə dezinfeksiya, qazonların kəsilməsi, sakinlərin ara məsafənin saxlanılmasına nəzarət və təmizlik işləri görülür. (APA)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










