Gənclər niyə ixtisaslarına uyğun iş tapa bilmir? - EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI

Universitetə qəbul olmaq bir çox gəncin əsas məqsədinə çevrilsə də, qəbuldan sonrakı mərhələdə – yəni ixtisas seçimi və peşəkar inkişaf məsələsində ciddi boşluqlar müşahidə olunur. Tələbələrin əksəriyyəti ixtisası seçərkən şəxsi maraqlarını və bacarıqlarını deyil, daha çox ailə, cəmiyyət və təsadüfi təsirləri əsas götürür. Nəticədə isə ali təhsil alanların böyük bir hissəsi məzun olduqdan sonra ya oxuduqları sahədə iş tapa bilmirlər, ya da ümumiyyətlə həmin sahədə işləmək istəmirlər. Bu vəziyyət həm şəxsi potensialın düzgün istiqamətlənməməsinə, həm də əmək bazarında balanssızlığa səbəb olur.
Bəs gənclər niyə ixtisasları üzrə iş tapa bilmir? "İşləməyən diplomlar" probleminin səbəbləri nələrdir?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda gənclərin ixtisas seçimi məsələsinə diqqət yetirəndə görürük ki, əsasən bu qərarları başqaları verir və ya təsadüfi şəkildə seçilir:

“Ola bilsin ki, bu səbəblər cəmiyyət tərəfindən aktual hesab olunmur, amma mənim fikrimcə bu, ən ciddi problemlərdən biridir. Tələbələrin əksəriyyəti abituriyent dövründə ixtisas seçimində əsas meyar kimi "nə olursa olsun universitetə daxil olum" prinsipini əsas götürür. Bu yanaşma nəticəsində bir çox gənc ürəyindən keçən, istədiyi ixtisasın arxasınca getmir.
Təbii ki, bu yanaşma hamıya aid deyil. Arasında konkret hədəfi, məqsədi olan və "nə olursa olsun, ixtisasımın arxasınca gedəcəyəm" prinsipini mənimsəyən gənclərimiz də çoxdur. Amma etiraf edək ki, onlar azlıq təşkil edir. Mən bəzən universitetlərdə oluram, tələbələrlə görüşürəm və onların böyük əksəriyyəti sevmədikləri, olmaq istəmədikləri bir ixtisasa sahib olduqlarını deyir. Bəzilərinin gözündə isə ümumiyyətlə bir hədəf, istək belə yoxdur”.
Ekspert əlavə edib ki, gənclərin bəziləri öz ixtisasına uyğun olmadığını universitetə daxil olduqdan bir müddət sonra dərk edir:

“Yəni, bu şəxs artıq dörd ilini tələbə kimi itirir, çünki oxuduğu sahə ona yad gəlir. Bu zaman təbii olaraq nə həmin ixtisasın şərtlərinə cavab verir, nə də özünü gələcəkdə bu sahədə görür. Bəzən düşünürsən ki, bu tələbə yalnız təqaüd kəsilməsin deyə oxuyur. Dövlət hesabına təhsil alsa da, bu şəxs gələcəyin ixtisaslı kadrı kimi formalaşmır.
Sual olunur: bu insan oxuyur, yoxsa sadəcə universitet binasına gedir? Bu səbəbdən minlərlə tələbə diplom alır, amma nəticədə ixtisas üzrə fəaliyyət göstərmir.
Bugünkü reallıqda ətrafımızda elə insanlar var ki, tamamilə başqa sahədə işləyirlər və diplomlarının, ixtisaslarının işləri ilə heç bir əlaqəsi yoxdur. Sual verəndə isə deyirlər ki, "ixtisasım üzrə iş yoxdur".
Amma bəlkə də bu insanların ixtisası heç vaxt onların marağına uyğun olmayıb. Bu məsələ çox ciddi və aktualdır. Mən çox istərdim ki, bu məsələyə səthi yox, köklü yanaşılsın. Əks halda, bu problem artan sürətlə davam edəcək”.
Eltac Zülfüqaroğlu
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










