“Gənclik” metrostansiyasında iş rejimi dəyişdiriləcək

Sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasında “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Avtosfer.az bu barəd səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.
Görüşə çoxsaylı azarkeş marağını nəzərə alaraq, gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz, rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq, bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.
Bakı metrosunun “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












