General qohumunun yeni təyinatı QALMAQAL YARATDI

Azərbaycan mediasında bəzi xəbər saytları "Vilayət Eyvazov generalın qohumunu yüksək vəzifəyə təyin etdi" başlıqlı məlumat yayıblar.
Xəbərdə bildirilir ki, daxili işlər nazirinin əmri ilə polis polkovnik-leytenantı Şahin Əliyev Səbail rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Abşeron rayon Mühafizə Şöbəsinə rəis müavini təyin edilib.
Eyni strukturlu bir idarənin rəis müavini digər idarənin rəis müavini vəzifəsinə təyinat alırsa bu "yüksək vəzifə" sayılırmı?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Avtosfer.az-a bunu belə şərh edib:
"Əvvəlcə xəbəri yayan media nümayəndəsindən soruşmaq istərdim ki, paytaxtın mərkəzi rayonunda olan idarənin rəis müavini paytaxtdan kənar rayondakı şöbəyə rəis müavini təyin edilirsə, bu məgər, yüksək vəzifəyə keçirilmə hesab olunur?
Məsələnin mahiyyətini bilməyən xəbər müəllifinə bildirmək istərdim ki, bu təyinat yüksək vəzifəyə deyil, tutduğu postdan daha aşağı vəzifəyə rotasiya qaydasında keçirilməsi halıdır. O ki qaldı əməkdaşın kiminsə qohumu olmasına, bu məsələnin daxili işlər orqanlarında xidmət keçən əməkdaşların yerlərinin dəyişdirilməsi ilə heç bir bağlılığı yoxdur".
Qeyd edək ki, mediada yayılan məlumata görə, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












