Generalın bahalı «BMW»si əlindən alındı

Son gülər mətbuatda adı tez-tez hallanan, hətta həbs xəbəri yayılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev hərbi hissənin açılışına buraxılmayıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, yanvarın 2-də Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsaslı təmirindən sonra təntənəli açılış mərasimi olub. Açılışı Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov edib. Kərəm Mustafayev isə mərasimə buraxılmayıb. Məlum olub ki, Mustafayev hələ vəzifəsində saxlanılsa da, əslində bütün səlahiyyətləri dondurulub. Hətta ona bu yaxınlarda verilən bahalı «BMW» markalı avtomobili də əlindən alınaraq Müdafiə Nazirliyinə təhvil verilib. Bildirilir ki, artıq bir aya yaxındır ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu yoxlanılır və ciddi qanun pozuntuları aşkarlanıb. Mustafayev barədə rəsmi qərarın verilməməsi isə yoxlamala işlərinin tam yekunlaşmamasıyla bağlıdır.
Qeyd edək ki, general ətrafında müəmmalı olaylar bir müddətdir ki, başlayıb. Dekabrın sonlarında K.Mustafayevin saxlanılması xəbərinin ardından onun qardaşı Nemət Mustafayevin də həbsi xəbəri yayılıb. Eyni zamanda Kərəm Mustafayevin həyat yoldaşı İlhamə Mustafayevanın da problemlərlə üz-üzə qalması barədə məlumatlar dolaşır. Bildirilir ki, İ.Mustafayeva 1 noyabr parlament seçkilərində 45 saylı Seçki Dairəsindən Naxçıvan MR Ali Məclisinə deputat seçilsə də, onun deputatlıq fəaliyyətinin ömrü qısa olub. K.Mustafayevin ətrafında gizli həbslər həyata keçiriləndən sonra İ.Mustafayevanın Ali Məclisə buraxılmadığına yasaq qoyulub.
Bir neçə gün əvvəl isə Kərəm Mustafayevin maliyyə xidməti rəisi polkovnik Elşad Rzayev tutulub. E.Rzayev K.Mustafayevin ən inanılmış adamlarından biri olub, uzun illər maliyyə xidmətinə rəhbərlik edib. Digər məlumata görə, polkovnik E.Rzayevin həbsindən sonra Əlahiddə Ümumqoşun Ordusunun daha bir yüksək rütbəli zabiti Əli Əsədov vəzifəsindən və ordudan uzaqlaşdırılıb. Ə.Əsədov da Kərəm Mustafayevə yaxın zabitlərdəndir. Rəsmi vəzifəsi poliqon rəisi olsa da, məlumata görə, o, Əlahiddə Ordunun tikinti-quraşdırma işlərinə nəzarət edən şəxslərdən biri olub.
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu










