“Gömrük Komitəsinə qarşı hucumlar monopolistlərin sifarişi ilə edilir” – Səfər Mehdiyev

“Gömrük Komitəsinə qarşı bu cür geniş miqyaslı hücumlardan sonra məndə də müəyyən şübhələr yaranır. Özümə sual verirəm: doğrudanmı, bu sifarişdir. Ehtimal ki, bəli”.
Avtosfer.az bildirir ki, bu sözləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Dövlət Komitəsi üçün dövlətin maraqları işbazların və inhisarçıların iqtisadi və maliyyə maraqlarından yuxarıdadır: “Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan kölgə iqtisadiyyatı ilə mübarizə siyasəti, şəffaflığın artması, vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi hansısa korrupsiyalaşmış qrupların maraqlarına toxunur. Ancaq mən ruhdan düşmürəm, məqsədə çatmaq üçün dayanmamaq lazımdır”.
Komitə sədrinin sözlərinə görə, ölkənin gömrük sistemində islahatları davam etdirilir: “Bəli, bizdə də mənfi hallara rast gəlinir. Ancaq biz bununla mübarizə aparırıq, hər bir faktı ictimaiyyətin və hüquq-mühafizə orqanlarının mühakiməsinə təqdim edirik. O ki qaldı böhtançı hücumlara, biz bu kampaniyaların təşkilatçıları ilə mübarizə aparmayacağıq. Bizim yeni uğurlarımız onlara ən yaxşı cavabdır”.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











