Gömrük-sərhəd buraxılış məntəqələrində dezinfeksiya işləri həyata keçirilir - VİDEO

Koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Avtosfer.az xəbər verir ki, Respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" və "Biləsuvar" gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Ölkəyə daxil olan nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.
İkinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələr ilə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əl ilə həyata keçirilir.
Sonra idxal nəzarət xəttində proses bir daha təkrarlanır.
Gömrük nəzarəti başa çatdıqdan sonra mobil gömrük bölməsinin müşayiəti ilə nəqliyyat vasitələri xüsusi terminala yönləndirilir.
Terminala daxil olan nəqliyyat vasitəsi bir daha dezinfeksiya edilir.
Ölkəmizə gələn yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı avtomobillərə boşaldılır.
Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












