Gömrükçülər İrandan gələn xurma yükündə dərman preparatları aşkarladı - FOTO
Gündəm
29 Noyabr 2021 13:57

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar. Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya xurma yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili "Astara" gömrük postunun idxal yoxlama xəttində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1026
DİGƏR XƏBƏRLƏR
7 Oktyabr 2026 16:11
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
7 Oktyabr 2026 15:00
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
7 Oktyabr 2026 14:00
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
7 Oktyabr 2026 08:27
Bu yollarda tıxac var - SİYAHI
6 Oktyabr 2026 15:18
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
6 Oktyabr 2026 15:11
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
6 Oktyabr 2026 13:41
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
6 Oktyabr 2026 12:11
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
6 Oktyabr 2026 12:00
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
6 Oktyabr 2026 10:30
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
6 Oktyabr 2026 08:19
Bu yollarda tıxac var - SİYAHI
5 Oktyabr 2026 21:55
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
ŞƏRH YAZ












