Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF"və "Mercedes-BenzActros" markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefonlar, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1600 ədəd " Parliament Heets" markalı siqaret və 400 kapsul dərman preparatları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












