Gömrükdə saxlanılan konteynerdən 64 xarici vətəndaşın cəsədi aşkarlandı

Mozambikdə gömrükdə saxlanılan yük maşınının konteynerindən 64 Efiopiya vətəndaşının cəsədi aşkarlanıb. Avtosfer.az xəbər verir ki, insident ölkənin qərbində yerləşən Tete əyalətinin Moatiz şəhərində qeydə alınıb. Bu barədə martın 24-də “El Pais” nəşri məlumat yayıb.
Mozambik Milli Miqrasiya Xidmətinin sözçüsü Ameliya Direronun sözlərinə görə, maşın şübhə səbəbindən saxlanılıb. Əvvəlcə sürücü saxlamaq istəməyib, ancaq konteynerin içərisindən gələn səs-küy miqrasiya əməkdaşlarının diqqətindən yayınmayıb və onu dayanmağa məcbur ediblər.
Əməkdaşlar konteyneri açaraq oradan 78 nəfər aşkarlayıblar. Lakin onların əksəriyyəti aşkarlandıqları vaxtdan çox əvvəl hava çatışmazlığından vəfat etmiş olub.
Sürücü Mozambik vətəndaşıdır. O, lazımi yoxlamadan keçməyərək qanunsuz olaraq Malavidən Mozambik ərazisinə keçib.
Hökumət konteynerdəkilərin miqrant olduqlarını ehtimal edir.
Əyalət səhiyyə şöbəsinin müdirinin bildirdiyinə görə, aşkarlanan 78 nəfərdən 14-ü sağ qalıb.
Hazırda araşdırma aparılır.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












