Göyçay bazarında 5 mağaza və içərisində olan mallar yanıb
Gündəm
8 İyun 2020 20:18
Oxunub 1392

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsindəki bazarın ərazisində ümumi sahəsi 100 m² olan 5 mağaza və içərisində olan mallar yanıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bitişik digər mağazalar və bazarın ərazisi yanğından mühafizə olunub.
Yanğın saat 17:15-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













