Göyçayda bir gecədə 60-dan çox meyvə ağacı kəsilib - FOTO

Göyçay rayonunda üzərində meyvələri olan ağaclar şəxs və ya şəxslər tərəfindən kəsilərək məhv edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, rayonun Şıxbəy kənd sakini Elçin Hüseynova məxsus bağda 150-ə yaxın meyvə ağaclarının yarısı kəsilib.
Elçin Hüseynovun sözlərinə görə, ona məxsus olan 2 hektar pay torpağının 1 hektarında 6 il öncə xurma və heyva ağacları əkib. Artıq bir aydan sonra yenidən meyvələri dərməyi planlaşdıran təsərrüfat sahibi bağa gələndə ağaclarının kökündən kəsilərək məhv edildiyinin şahidi olub.
Belə ki, hər birinin üzərində təqribən 10 kq meyvə olan 60-dan çox xurma və heyva ağacları bir gecədə kəsilib.
Heç kimlə hər hansı bir ədavətinin olmadığını deyən bağ sahibi bu hadisəni törədənlərin tapılmasını istəyir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində müraciət edilib, araşdırma aparılır.








Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












