Göygöldə kişi qadın əczaçıya hücum etdi - ANBAAN VİDEO

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağaza və aptekdən silsilə oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı əvvəllər məhkum olunmuş Samir Əsgərovun rayonun Yeni Qızılca kəndindəki mağazadan 1900 manat pulu, aptekdən isə 2000 manat dəyərində dərman preparatlarını oğurlaması məlum olub.
Bundan başqa saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon ərazisində soyğunçuluq cinayəti törətməsi də məlum olub. Belə ki, S.Əsgərov aptekə daxil olaraq orada satıcı işləyən qadına zor tətbiq edərək kassada olan pulu tələb etmiş lakin sonuncu müqavimət göstərdiyinə görə cinayəti başa çatdıra bilməyib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












