Göygöldəki kafelərdə reyd keçirilib, bir neçə nəfər cərimələnib - FOTO

Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, RPŞ-nin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrinin fəaliyyət göstərməsi aşkarlanıb.
Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştərilə barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Namiq Musayev










Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











