Gözəl mənzərəli karantin: Maşınını evə çevirərək, özünü təcrid etdi - VİDEO

Rusiyalı məşhur fotoqraf Stanislav Tolstnev karantin müddətini sivilizasiyadan uzaqda keçirmək məqsədilə avtomobilini evə çevirərək, Baykal gölünün sahilinə köçüb.
RT-nin məlumatına görə, o, qeyri-adi təcrübəsi barədə özünün “Facebook” səhifəsində xəbər verib.
S.Tolstnevin sözlərinə görə, səfər üçün əməlli-başlı hazırlaşıb:
“UAZ Patriot”umu evə çevirmək fikri karantin və koronavirusla bağlı baş verənlərdən çox-çox əvvəl gəlmişdi. Məsələ burasındadır ki, mən vəhşi təbiətdə çox gəzirəm, foto və video çəkirəm. Bu dəfə təsadüf elə gətirdi ki, karantin başladı, mən də Baykal gölünə getməli idim. Yaz tətili olduğu üçün oğlum Saşanı da özümlə götürdüm”, - deyə Stanislav bildirib.
Onun maşını lazım olan bütün vasitələrlə, o cümlədən günəş batareyası ilə təchiz olunub. Fotoqrafın sözlərinə görə, günəş stansiyasından topladığı enerji kamera, noutbuk, işıqlandırma, mini-soyuducu, hətta mikrodalğalı sobaya da çatır.
Stanislav bütün gününü çəkilişlər etməklə, ya da çəkdiyi fotoların üzərində işləməklə keçirir.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












