Güclü sel Qubada bir sıra fəsadlar törədib

Güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir sıra fəsadlar törədib.
Çaylara gələn sel rayonun Buduq, Dalıqaya, Söhüb, Çiçi, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərində yaşayış evlərinə, fərdi təsərrüfatlara və yol infrastrukturuna ciddi ziyan vurub.
Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüləri selin təsirindən yararsız vəziyyətə düşüb. Bundan başqa, Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpü də qəzalı vəziyyət düşüb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, bəzi istirahət mərkəzlərinə də ziyan vurub. Yerli sakinlər sonuncu dəfə belə güclü selin 1967-ci ildə müşahidə edilrdiyini söyləyiblər.
Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri selin ziyan vurduğu ərazilərə baxış keçirib. Fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. (APA)
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO












