Gün ərzində 20 cinayətin üstü açılıb
Gündəm
25 Mart 2020 12:30
Oxunub 897

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 20 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













