Günəş bu gün Yeri çox qorxudacaq; ehtiyyatlı olun

Bu gün 2015-ci ilin ilk tam Günəş tutulması baş verəcək. Novruz bayramına təsadüf edəcək tam Günəş tutulması hadisəsini Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. Tutulma saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etməsi məsləhətdir. Tam günəş tutulması Norveç dənizində - İslandiya ilə Norveç arasında müşahidə ediləcək. Mütəxəssislərin sözlərinə görə, günəş tutulmasını bəzi Skandinaviya ölkələri, Böyük Britaniya, Rusiyanın şimalında, Şimali Afrika, Şimali Asiya da qismən müşahidə etmək mümkün olacaq.
Xatırladaq ki, martın 20-dən martın 21-dən keçən gecə Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












