Günəş istisi koronavirusu öldürür? - Alimdən AÇIQLAMA

Günəş istisinin birbaşa koronavirusu öldürməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir elmi əsası yoxdur.
Bunu Avtosfer.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, koronavirus pandemiyası başlayan zaman insanlara səhv məlumat verildi və hətta elm adamları, tibb mütəxəssisləri açıqlamalar verdi ki, havalar istiləşəndə virus öləcək, yayılmayacaq və s:
“Yəni bu kimi elmi əsası olmayan fikirlər səsləndirildi. Hazırda günəş istisinin virusu öldürməsi, yayılmasının qarşısını alması ilə bağlı ciddi elmi araşdırma yoxdur ki, ona istinad olunsun və deyilsin ki, yayda günəş istisi virusu öldürür. Düzdür, müəyyən eksperimental tədqiqatlar göstərir ki, günəş istisinin yoluxma əmsalına təsir edə biləcək gücü var, amma bir daha təkrar edirəm ki, yoluxma əmsalına təsir edə biləcək gücü o demək deyil ki, virusu birbaşa öldürür".
N.Abdullayevin sözlərinə görə, ümumiyyətlə havaların istiləşməsi ilə bağlı insanların sosial aktivliyi zəifləyir və bu da yoluxma əmsalına təsir edir:
"Misal üçün insanlar düşünür ki, havanın qızmar isti olduğu saatlarda çölə çıxmayım, əsasən səhər və axşam saatlarında işlərimi həll edim. Bu da müəyyən mənada yoluxma əmsalına, azalmasına təsir edir. Amma bu o demək deyil ki, isti koronavirusu öldürür. Bu haqda elmi tədqiqatlar yoxdur. Bu baxımdan əhali isti havalarda da virusa qarşı effektiv hesab edilən qaydalara maksimum əməl etməli və indidən vaksinasiyada aktiv iştirak etməlidir”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












