Gürcüstan-Azərbaycan sərhədində daha bir məhdudiyyətin detalları açıqlandı

Gürcüstan və Azərbaycan arasında sərhəddə tətbiq olunacaq daha bir məhdudiyyətin detalları məlum olub.
Avtosfer.az “Report”-un yerli bürosuna istinadən xəbər verir ki, Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.
Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.
İki ölkə arasında tranzit və yük daşımaları bütün sərhəd-keçid məntəqələri vasitəsilə 24 saat ərzində həyata keçiriləcək.
Qeyd edək ki, martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtmasına şərait yaradılır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











